Haqqımızda

BDO Azərbaycan MMC Hollandiyanın BDO Eurasia BV özəl məhdud şirkətinin törəmə müəssisəsidir və dünyada beşinci ən böyük audit və mühasibat şəbəkəsi olan BDO şəbəkəsinin üzvüdür.

BDO Azərbaycan MMC Azərbaycan Auditorlar Palatasının,habelə, mühasibatlıq peşəsinin ən böyük qlobal təşkilatı olan Beynəlxalq Mühasiblər Federasiyasının (IFAC) tamhüquqlu üzvüdür.

Biz BDO-da xidmətlərimizi böyük korporativ təşkilatlardan tutmuş özəl bizneslərə, sahibkarlara, sənayenin geniş spektri müştəriləri olan fiziki şəxslərə qədər təqdim edirik.

Biz müştərilərimiz üçün vacib olan məqamalara diqqət yetirməklə, tərəfdaşlıq yanaşması ilə, məsuliyyətli və etibarlı olmaqla, vədlərimizə əməl etməklə, açıq və şəffaf ünsiyyəti davam etdirməkdən məmnunluq hissi duyuruq.

Münasibətlərə yanaşmamız bizə müştərilərimizlə əməkdaşlıq etməyə və onları və onların təşkilatını həqiqətən tanımağa imkan verir. Bu yanaşma vasitəsilə, biz müştərilərimizə böyümə imkanlarını maksimum dərəcədə artırmaq, prosesləri təkmilləşdirmək və səhvlərdən qaçmaqda kömək etmək üçün innovativ yollar axtarırıq. Son nəticə odur ki, biz müştərilərimizin gözləntilərini qarşılayırıq və ya üstələyirik.